...

Azərbaycanda ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinə ciddi diqqət yetirilir – EUROSAI-ın hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 17:49 (UTC +04:00)
EUROSAI təşkilatı Avropada 10 ölkənin Ali Audit Qurumlarının (AAQ) iştirakı ilə keçirilən və Azərbaycanda ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinə ciddi diqqət yetirildiyini göstərən iqlim dəyişikliyinin auditi ilə bağlı birgə yekun hesabat nəşr etdirib.
Azərbaycanda ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinə ciddi diqqət yetirilir – EUROSAI-ın hesabatı

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir N.İsmayılova/

EUROSAI təşkilatı Avropada 10 ölkənin Ali Audit Qurumlarının (AAQ) iştirakı ilə keçirilən və Azərbaycanda ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinə ciddi diqqət yetirildiyini göstərən iqlim dəyişikliyinin auditi ilə bağlı birgə yekun hesabat nəşr etdirib. Bu barədə Azərbaycan  Hesablama Palatasının məlumatında deyilir.

Audit 2010-cu ilin 16 yanvar tarixində Polşanın Varşava şəhərində EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupuna üzv olan 10 ölkənin AAQ-ları tərəfindən imzalanmış EUROSAI-ın İqlim Dəyişikliyi üzrə Koordinasiyalı Paralel Auditi üzrə Ümumi Mövqe sənədi əsasında həyata keçirilib.

İqlim dəyişikliyinin auditində Azərbaycan Respublikası Hesablama Palatası, Kipr Respublikası Audit Ofisi, Danimarka Krallığı Milli Audit Ofisi, Estoniya Respublikası Milli Audit Ofisi, İsrail Dövlət Təftişçi və Ombudsman Ofisi, Makedoniya Respublikası Dövlət Audit Ofisi, Polşa Respublikası Ali Audit Ofisi, Rusiya Federasiyası Hesablama Palatası, İsveçrə Federal Audit Ofisi və Ukrayna Respublikası Hesablama Palatası iştirak edib.

Auditin məqsədi iştirakçı AAQ-ların təmsil etdiyi ölkələrdə BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyası və onun Kioto Protokolunun müddəalarının həyata keçirilməsi, o cümlədən iqlim dəyişikliyinə və onun təsirlərinə dair müşahidələrin aparılması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində görülən tədbirlər, istixana qazlarının atmosferə atılmasının faktiki səviyyəsinin proqnozlaşdırılması və iqlim dəyişikliklərinin qarşısının alınması tədbirlərinə dair hesabatlılıq məsələlərinin həll edilməsi üçün görülən tədbirlərin dəyərləndirilməsi olub.

Birgə yekun hesabatda Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının həyata keçirilməsində təcrübəsi, habelə ətraf mühitin mühafizəsi üçün görülən qanunvericilik və digər tədbirlər qeyd edilir. "Qeyd olunmalıdır ki, digər ölkələrdən fərqli olaraq ölkə rəhbərliyi ətraf mühit və iqlim dəyişiklikləri məsələsinə ciddi diqqət yetirir. İndiyədək Azərbaycan Respublikası ətraf mühitin qorunmasına dair 15 beynəlxalq konvensiya ratifikasiya edib. Mövcud problemləri aradan qaldırmaq məqsədilə bir sıra müvafiq sənədlər qəbul edilib", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti