...

Azərbaycan Mərkəzi Bankı "Moody's"in ölkənin bank sistemi üzrə reytinqini obyektiv hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Moody's" beynəlxalq reytinq agentliyindən ölkənin bank sistemi üzrə alınan reytinqi obyektiv hesab edir. Bu barədə bankdan bildiriblər.

"Reytinq AMB-nin mövqeyi ilə üst-üstə düşür və bank sektorunda cərəyan edən prosesləri obyektiv əks etdirir. Reytinq kapitallaşma və gəlirin güclənməsini, aktivlərin keyfiyyətinin yaxşılaşmasını və likvidliyin sabitləşməsini təsdiq edir", - AMB-dən qeyd ediblər.

Beynəlxalq reytinq agentliyi "Moody's" avqustda likvidliyin verilməsi, o cümlədən bank sisteminin xarici borcların təkrar maliyyələşdirilməsi üçün zəruri vəsaitə malik olması, əmanətçilərin müdafiə olunması, kredit risklərinin azaldılması, eləcə də iqtisadiyyatda kreditləşmənin səviyyəsinin saxlanması ilə bağlı proqnozunu dəyişib.

Hesabatda deyildiyinə görə, bu tədbirlər qısamüddətli perspektivdə banklara böhrana davam gətirməkdə kömək edib, uzunmüddətli perspektivdə isə bank sektorunun sabitliyinin təmin edilməsi məqsədilə, məsələn, xarici valyutanın təsirinin məhdudlaşdırılmasına dair qaydalar üzrə qanunvericiliyin daha da hərtərəfli təkmilləşdirilməsi lazımdır.

"Moody's"in Azərbaycanın bank sistemində gələcək 12-18 ay ərzində kreditlərin alınmasında bazis şərtlər üzrə gözləntiləri perspektiv doğurur.

Xəbər lenti

Xəbər lenti