...

"Respublika İnvest" Azərbaycanın dövlət qiymətli kağızları bazarında brokerlər renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 16:48 (UTC +04:00)
2010-cu ilin avqustunda dövlət qiymətli kağızları bazarında (repo-əməliyyatlar istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlər renkinqinə bir müştəriyə 13,9 milyon manat məbləğində broker xidməti göstərən "Respublika İnvest" başçılıq edib.
"Respublika İnvest" Azərbaycanın dövlət qiymətli kağızları bazarında brokerlər renkinqinə başçılıq edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

2010-cu ilin avqustunda dövlət qiymətli kağızları bazarında (repo-əməliyyatlar istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlər renkinqinə bir müştəriyə 13,9 milyon manat məbləğində broker xidməti göstərən "Respublika İnvest" başçılıq edib. Bu barədə Bakı Fond Birjasının cümə axşamı yayılan məlumatında deyilir.

İkinci yeri bir müştəriyə 13,04 milyon manat məbləğində xidmət göstərən "BoB Broker" tutub.

Göstərilən xidmətlərin məbləği üzrə üçüncü yeri 4,9 milyon manatla "Caspian Financial ltd" tutub.

Dövlət qiymətli kağızları bazarında 2010-cu ilin avqustunda göstərilən xidmətlərin həcminə görə brokerlər renkinqi:

Xidmətlərin həcminə görə cari yer

Xidmətlərin həcminə görə əvvəlki yer

Brokerlərin adı

Sövdələşmələrin sayı

Müştərilərin sayı

Broker xidmətlərinin məbləği (AZN)

1 (▲)

4

"Respublika İnvest" MMC

8

1

13,936,304.94

2 (▼)

1

"BoB Broker" MMC

8

1

13,043,014.51

3 (▼)

2

"Caspian Financial ltd" MMC

2

2

4,923,700.00

4 (▼)

3

"Brokdil-Az" MMC

2

1

2,998,489.88

5 (▲)

6

"Texnika Kapital Menecment" MMC

1

1

996,636.30

6 (-)

-

"Standard Kapital" MMC

1

1

799,982.58

Sentyabrın 2-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti