...

Azərbaycanda güzəştli şərtlərlə 22 soyuducu anbar kompleksinin tikintisi maliyyələşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

İndiyədək Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə (SKMF) ümumi tutumu 69 min ton olan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün 22 soyuducu anbar kompleksinin tikintisi maliyyələşdirilib. Bu barədə çərşənbə axşamı fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Onlardan artıq 10-u fəaliyyət göstərir. Digər 10 kompleksdə yüksək texnoloji avadanlığın quraşdırılma prosesi gedir və oktyabrın sonuna qədər onlar fermerlərə istismara veriləcək", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, iki anbar maliyyələşdirilməsinin 2010-cu ilin birinci yarısında həyata keçirilməsi ilə əlaqədar olaraq, 2011-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq.

Fond rəhbəri deyib ki, SKMF gələcəkdə də belə oxşar layihələri maliyyələşdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti