...

Azərbaycanın cənub regionunda sahibkarlara 420 min manat həcmində güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 17:14 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Astara və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara güzəştli şərtlərlə 420 min manat həcmində kreditlər verilib.
Azərbaycanın cənub regionunda sahibkarlara 420 min manat həcmində güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Astara və ətraf  rayonlarda fəaliyyət göstərən sahibkarlara güzəştli şərtlərlə 420 min manat həcmində kreditlər verilib. Bu barədə cümə günü nazirlikdən verilən məlumatda deyilir.

"Bu kreditlər hesabına 90 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir.

Cümə günü SKMF Azərbaycanın Astara rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkarın iştirak etdiyi növbəti tədbir keçirib.

Tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Astara rayonundakı "Astara Buket Çay" MMC-nin fəaliyyətinə, "Ələddin Fermer" MMC-nin meyvə (kivi) bağlarına, Lənkəran rayonunda "Lənkəran Konserv" ASC-nin konserv istehsalı müəssisəsinə, "Xan-Lənkəran" MMC-nin turizm infrastrukturunun yaradılması məqsədilə apardığı tikinti işlərinə, Masallı rayonunda "Masallı Dəmir Beton" ASC-nin tutumu 2 min ton olan soyuducu anbar kompleksinin və istixananın yaradılması ilə əlaqədar apardığı tikinti işlərinə, Cəlilabad rayonunda "Cavid-Ş" MMC-nin və "A.D.İ." MMC-nin hər birinin tutumu 2 min ton olan soyuducu anbarlarında, "Avanqard" MMC-nin tutumu 10 min ton olan taxıl anbarı kompleksində, həmçinin "Cəlilabad Broyler" ASC-də istehsalın genişləndirilməsi məqsədilə aparılan işlərlə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin, sahibkarlar üçün treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, güzəştli kreditlərin verilmə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə sahibkarlara ətraflı məlumat verilib.

Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti