...

Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində əlavə maliyyələşmənin ilkin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.İsmayılov/

İlkin məlumatlara görə, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində nəzərdə tutulan işlər çərçivəsində əlavə maliyyələşmənin həcmi 500 milyon dolları ötə bilər. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbə deyib.

"Əlavə investisiyaların həcmi 500-600 milyon dollar təşkil edə bilər", - mənbə bildirib.

Onun sözlərinə görə, bu məbləğə bundan əvvəl Azərbaycanın Gürcüstana ayırdığı 200 milyon dollar daxil deyil. Azərbaycan hökuməti Dövlət Neft Fondunun hesabından Gürcüstana 25 il müddətinə illik bir faiz dərəcəsi ilə 200 milyon dollar kredit verib.

Gürcüstan ərazisində nəzərdə tutulan işlərin əlavə maliyyələşməsi onunla izah edilir ki, kredit çərçivəsində ayrılan vəsaitlərdən artıq istifadə olunub.

Bundan əvvəl Azərbaycanın maliyyə naziri Samir Şərifovun dediyi kimi, Azərbaycan Maliyyə Nazirliyi Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinə əlavə vəsait ayrılmasının mümkünlüyünü istisna etmir.

"Layihə var və onu sonadək yerinə yetirmək lazımdır. Bununla əlaqədar layihənin maliyyələşdirilməsi üçün lazımi qərar qəbul olunacaq", - Şərifov qeyd edib.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Xəbər lenti

Xəbər lenti