...

"Iran Khodro Azerbaijan" şirkəti "Peugeot 206" avtomobillərinin istehsalına başlayacaq – İranın sənaye naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 12:14 (UTC +04:00)
İranda - Şərqi Azərbaycan vilayətində yerləşən "Iran Khodro Azerbaijan" maşınqayırma şirkətinin nümayəndəliyi 2011-ci ilin fevralından "Peugeot 206" avtomobillərinin istehsalına başlayacaq. Bu barədə İranın sənaye naziri Əkbər Mehribaniyan məlumat verir. Xəbəri cümə günü Fars agentliyi yayıb.
"Iran Khodro Azerbaijan" şirkəti  "Peugeot 206" avtomobillərinin istehsalına başlayacaq – İranın sənaye naziri

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Yusifzadə /

İranda - Şərqi Azərbaycan vilayətində yerləşən "Iran Khodro Azerbaijan" maşınqayırma şirkətinin nümayəndəliyi  2011-ci ilin fevralından "Peugeot 206" avtomobillərinin istehsalına başlayacaq. Bu barədə İranın sənaye naziri Əkbər Mehribaniyan məlumat verir. Xəbəri cümə günü Fars agentliyi yayıb.

"Peugeot 206" avtomobillərinin buraxılışı üzrə istehsalat xəttinin işə salınması üçün infrastrukturun yaradılması prosesi vaxtından əvvəl yerinə yetirilib və 15 hektarlıq ərazidə işlər başa çatmaq üzrədir. Daha 35 hektar sahə işlənmə mərhələsindədir.

Nazirin sözlərinə görə, ""Iran Khodro Azerbaijan" şirkətinin 60 faizi özəl sektora, yerdə qalan 40 faizi isə dövlətə məxsusdur. Nazir deyib ki, "Iran Khodro Azerbaijan" maşınqayırma şirkəti ildə 200 min avtomobil istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti