...

Azərbaycanın Lerik rayonunda layihələrin maliyyələşdirilməsində prioritet sahələr müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lerik rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu elan edib. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Noyabrın 12-də Lerik rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Lerik rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kartofçuluğun və arıçılığın (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) inkişafı;

- müasir tələblərə cavab verən süfrə suları istehsalı müəssisələrinin yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69. Faks: (012) 434-74-29. e-mail:[email protected]

Xəbər lenti

Xəbər lenti