...

Azərbaycan-Polşa biznes-forumu ölkələr arasında dialoq üçün yeni perspektivlər açacaq – polşalı nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan-Polşa biznes-forumu iki ölkə arasında əməkdaşlığın genişlənməsi və dərinləşməsinə xidmət edir. Bu barədə çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Azərbaycanın 140-dan artıq xarici dövlətlə, o cümlədən də Polşa ilə ticarət-iqtisadi əlaqələri yaranıb. Polşa ilə Azərbaycan arasında bu gün münasibətlər yüksək səviyyədədir, iki ölkə hökumətləri müntəzəm görüşlər keçirirlər və bu biznes-forum iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır", - Səfərov Bakıda keçirilən biznes-forumda bildirib.

Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun sözlərinə görə, forum çərçivəsində Polşa biznesinin nümayəndələri azərbaycanlı sahibkarlarla əlaqələr yarada bilərlər ki, bunun nəticəsində Azərbaycanda qabaqcıl texnologiyalar tətbiq olunacaq.

İki ölkə arasında mal dövriyyəsi 93 milyon dollar təşkil edi., 2010-cu ildə o, müsbət artım tendensiyasını qoruyub saxlaya bilib. Bu barədə Polşanın iqtisadi inkişaf naziri Darius Boqdan bildirib.

"Polşada sərmayə yatırımları üçün əlverişli mühit mövcuddur. Gənc mütəxəssislər kənd təsərürfatı, sənaye, səhiyyə, emal sənayesi kimi sahələrdə və araşdırma mərkəzlərində fəaliyyət göstərirlər. Ümid edirəm ki, bu biznes-forum iki ölkə arasında dialoq üçün yeni perspektivlər açacaq", - Boqdan deyib.

Xəbər lenti

Xəbər lenti