Аzərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə unun və çörəyin qiymətinin gündəlik monitorinqini davam etdirir. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Monitorinqlər zamanı, son zamanlar müvafiq dövlət orqanları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində respublikanın bütün ərazisində unun pərakəndə satış qiymətinin ucuzlaşdığı qeydə alınıb.
Monitorinqlər davam etdirilir.