Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,79878 manat səviyyəsində müəyyən olunub.
Manata nisbətdə dolların maksimum məzənnəsi dekabrın 13-də bir ABŞ dolları üçün 0,7991 manat, minimum isə dekabrın 14-17-da isə 0,7987 manat müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
6 dekabr |
0,7995 |
13 dekabr |
0,7991 |
7 dekabr |
0,7995 |
14 dekabr |
0,7987 |
8 dekabr |
0,7993 |
15 dekabr |
0,7987 |
9 dekabr |
0,7990 |
16 dekabr |
0,7987 |
10 dekabr |
0,7990 |
17 dekabr |
0,7987 |
Həftə ərzində orta |
0,79926 |
Həftə ərzində orta |
0,79878 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,79902 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 13-də 0,7991 AZN/USD məzənnə ilə $1,48 mln., dekabrın 14-də 0,7991 AZN/USD məzənnə ilə $0,82 mln., dekabrın 15-də 0,7991 AZN/USD məzənnə ilə $1,63 mln., dekabrın 16-da sövdələşmə həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,7991 AZN/USD səviyyədə saxlanılıb; dekabrın 17-də 0,7991 AZN/USD məzənnə ilə $3,48 milyon.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi: |
|||
6 dekabr |
0,7991 |
13 dekabr |
0,7991 |
7 dekabr |
0,7991 |
14 dekabr |
0,7991 |
8 dekabr |
0,7991 |
15 dekabr |
0,7991 |
9 dekabr |
0,7991 |
16 dekabr |
0,7991 |
10 dekabr |
0,7991 |
17 dekabr |
0,7987 |
Həftə ərzində orta |
0,7991 |
Həftə ərzində orta |
0,79902 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki həftəyə nisbətən azalıb. Alış üç manat, satış dörd manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Bu qərar hazırda çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.
Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci il yanvarın 1-dək, 2004-cü il iyulun 1-dək, 2008-ci il yanvarın 1-dək və son dəfə 2010-cu ilin dekabrın 31-dək).
Qanunvericiliyə uyğun olaraq, 2007-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.
Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra (31 dekabr, 2010) özəlləşdirmə prosesində iştirak üçün özündə səhmlərin güzəştli satışı ilə səhmdar cəmiyyətləri, pul və özəlləşdirilmiş çek hərracları, həmçinin kiçik müəssisələrin özəlləşdirilməsi prosesində iştirakı birləşdirən yeni mexanizmlər müəyyənləşdirilib.