Azərbaycan, Bakı, 20 deklabr /Trend, müxbir E.İsmayılov/
Avropa ölkələrinin əksəriyyətində hava şəraitinin pisləşməsi ilə əlaqədar Britaniyanın bmi şirkəti tərəfindən həyata keçirilən Bakı və Tbilisi arasında reys ləğv edilib. Təyyarə Bakıdan bazar günü yerli vaxtla saat 23:35-də uçmalı və Azərbaycan paytaxtına bazar ertəsi yerli vaxtla saat 10:55-də gəlməli idi. Bu barədə bazar ertəsi Heydər Əliyev adına Bakı beynəlxalq hava limanından məlumat verilib.
Həmçinin London-Bakı-London reysi ləğv edilib. Aeroportdan bildiriblər ki, Bakıya dekabrın 19-da yerli vaxtla saat 22:45-də gəlməli olan BD 929 reysi və Bakı vaxtı ilə saat 11.400-da paytaxtdan uçmalı olan BD 928 reysi Londondakı əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilib.