Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "ASB Bank"ın Gəncə və Sumqayıt filialları şənbə günləri də işləyəcək. Bankın bazar ertəsi yaydığı məlumatda deyildiyinə görə, bu filiallarda həftə içi saat 09:00-dan saat 17:45-ə və şənbə günləri saat 10:00-dan saat 15:45-ə kimi hər növ bank xidmətləri təqdim ediləcək.
Sumqayıt və Gəncə filialları müştərilərinə bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi, Western Union - sürətli pul köçürmə sistemi, rabitə və kommunal ödənişləri, plastik kartlarla əməliyyatlar, 7/24 ATM xidmətləri, fərdi kreditlər, biznes-kreditlər, POS terminal xidmətləri göstərir.
"Azərbaycan Sənaye Bankı" 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. 2011-ci il yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 129.950 mln. manat, depozit portfeli 79.110 mln. manat, kredit portfeli 74.439 mln. manat, nizamnamə kapitalı isə 22.114 mln. manat təşkil edir. Bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 17.000-dən, cəmi müştərilərinin sayı isə 28.000-dən çoxdur.
Yanvarın 10-na olan rəsmi məzənnə 0,7976 AZN/USD təşkil edir.