...

Azərbaycanda taksilərin rəngi üzrə yeni standart tədricən tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 13:47 (UTC +04:00)
Azərbaycanda taksilərin rəngi üzrə yeni standart yeni avtomobillərin gəlməsi və istismardan artıq mövcud olanların çıxarılması ilə tədricən həyata keçiriləcək.
Azərbaycanda taksilərin rəngi üzrə yeni standart tədricən tətbiq ediləcək

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanda taksilərin rəngi üzrə yeni standart yeni avtomobillərin gəlməsi və istismardan artıq mövcud olanların çıxarılması ilə tədricən həyata keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədrinin sözlərinə görə, bu proses maksimum iki il ərzində başa çatacaq.

Dekabrın 20-dən Azərbaycanda taksi xidmətləri göstərən avtomobillərin rəngləri üzrə yeni standartların tətbiqinə başlanılıb.

O cümlədən Bakıdakı avtomobillər üçün bənövşəyi, Gəncədə ağ, Sumqayıtda isə göy rəng tətbiq olunacaq.

Bir müddət əvvəl Dövlət Komitəsi AZS 425-2010 "Sərnişin stansiyası qurğuları və avtomobilləri" dövlət standartını təsdiq edib.

Bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacağı məntəqələrinə, taksi dayanacaqlarına, sərnişin və yük avtomobil nəqliyyatı vasitələrinə şamil olunur və fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir.

Standartın müddəaları Azərbaycanın müvafiq orqanları tərəfindən verilmiş lisenziyaya əsasən, sərnişin və yük avtonəqliyyat vasitələri ilə daşımanı həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Normativ sənəddə sərnişin stansiyası qurğularının tərtibatı, müntəzəm sərnişindaşımaları yerinə yetirən sərnişin nəqliyyatı vasitələrinin dayanacaq məntəqələrinin tərtibatı, nəqliyyat vasitələrinin xarici tərtibatı (taksi və sərnişin avtonəqliyyat vasitələri), sərnişin nəqliyyatı vasitələrinin və taksi-minik avtomobillərinin daxili tərtibatına olan tələblər mövcuddur.

Xəbər lenti

Xəbər lenti