...

2010-cu ildə "TBC Kredit" daha əlverişli şərtlər təqdim etmək hesabına kreditləşmənin həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2011 16:19 (UTC +04:00)
Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" 2010-cu ildə müştəri bazasını genişləndirə bilib. Bunun nəticəsində kredit portfeli 2009-cu il dekabrın sonuna olan göstərici ilə müqayisədə 19 faiz artıb.
2010-cu ildə "TBC Kredit" daha əlverişli şərtlər təqdim etmək hesabına kreditləşmənin həcmini artırıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" 2010-cu ildə müştəri bazasını genişləndirə bilib. Bunun nəticəsində kredit portfeli 2009-cu il dekabrın sonuna olan göstərici ilə müqayisədə 19 faiz artıb. Bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

Ötən il dekabrın 31-nə olan vəziyyətə görə, portfelin həcmi 1973 aktiv kreditlə 19,3 milyon dollara çatıb.

Portfelin 54 faizini biznes, ipoteka və istehlak kreditləri müvafiq olaraq 28 faiz və 18 faiz təşkil edir.
Biznesin portfelinin 20 faizinin maliyyələşdirilməsini il yarım bundan əvvəl başlayan kiçik biznes kreditləri təşkil edir.

"TBC Kredit"in seçdiyi inkişaf strategiyası portfelin keyfiyyətini qorumağa, kreditləşmənin həcmini artırmağa və uzunmüddətli borcları cəlb etməyə imkan verib. 2010-cu il ərzində şirkət OPIC-dən (Overseas Private Investment Corporation, USA) 2009-cu ilin noyabrında təsdiq edillən uzunmüddətli kredit çərçivəsində 5,5 milyon dollar ümumi məbləğdə tranş alıb.

Ötən il ərzində "TBC Kredit" əhalinin kreditləşdirilməsini 2009-ci illə müqayisədə kreditlər üzrə daha əlverişli şərtlər vermək hesabına artırıb.

Beləliklə, minimal faiz dərəcəsinin 18 faiz təşkil etdiyi biznes kreditlər üzrə faiz dərəcələri azaldılıb. Girovsuz istehlak krediti üzrə kreditin verilən məbləği iki dəfə (10 000 min manatadək) artırılıb. İpoteka kreditləri üzrə faiz dərəcələri 4 faiz azaldılıb, 2011-ci ilin yanvarından isə illik faiz dərəcəsi 14 faiz təşkil edib. Təklif olunan məhsulların çeşidi də genişləndirilib. Belə ki, məzuniyyət vaxtlarının qaynar dövründə "TBC Kredit" "Kreditli turlar" yeni məhsulunu təqdim edib.

2011-ci ilin sonuna "TBC Kredit" kredit portfelini 30 milyon dollaradək artırmağı planlaşdırır. Biznes-layihələrin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin həcminin artırılması prioritet olaraq qalır.

Sabit vəziyyət və "TBC Kredit"in inkişaf perspektivləri beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda cəlbedici faktordur. 2011-ci ildə EBRD və EFSE (Cənub Şərqi Avropa Fondu) ilə kredit xətlərinin verilməsinə dair uzunmüddətli müqavilələrin imzalanması gözlənilir.

"TBC Kredit"in biznesinin sabitliyi ilk növbədə yüksək səviyyəli xidmətlə mümkün olub. Şirkətin üstünlüyü qeyd-şərtsiz bilik və müştərilərin tələbatlarının dərin başa düşülməsidir. "TBC Kredit" bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir", - məlumatda deyilir.

"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından təşkilatda iştirak payının 75 faizi Gürcüstanın aparıcı "TBC Bank"ına, 25 faiz isə ABŞ-ın "ShoreBank International Ltd" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti