...

AYİB Bakıda keçid dövrü üzrə illik hesabatının təqdimatını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 17:51 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı ( AYİB) Bakıda "2010-cu ildə keçid dövrü" hesabatının təqdimatını keçirəcək.
AYİB Bakıda keçid dövrü üzrə illik hesabatının təqdimatını keçirəcək

Azərbaycan, Bakı, 4 mart /Trend/

Avropa Yenidənqurma və İnkişaf Bankı ( AYİB) Bakıda "2010-cu ildə keçid dövrü" hesabatının təqdimatını keçirəcək. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Təqdimat martın 10-da saat 15:00-da Landmark Business Centre binasının Rotunda konfrans zalında keçiriləcək.

Təqdimatı AYİB-in baş iqtisadçısı Erik Berqlof keçirəcək.

Hesabat Mərkəzi və Şərqi Avropada və MDB-də islahatlar və iqtisadi inkişafa dair irəliləyişlər üzrə illik yenilikləri ehtiva edir.

Erik Berqlof 2010-cu ildə Azərbaycanda əsas iqtisadi hadisələri də müzakirə edəcək.

AYİB hesabatı islahatların iki əsas sahəsi üzərində cəmləşib: daxili kapital bazarlarının inkişafı və biznes-mühitin yaxşılaşdırılması.

Xəbər lenti

Xəbər lenti