...

Moody’s Azərbaycan bankı "Kapital Bank"ı E+/B1 reytinqinə layiq görüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi "Kapital Bank"ın reytinqlərini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Agentlik bankın maliyyə dəstəyi reytinqini E+, yerli və xarici valyutada olan depozitlərin uzunmüddətli və qısamüddətli reytinqlərini isə B1/NP səviyyəsində təsdiq edib. Bankın uzunmüddətli reytinq proqnozu isə "Stabil" göstərilib.

Moody's 2009-cu ildən başlayaraq "Kapital Bank"ın balans göstəricilərinin yüksəldiyini qeyd edir. Bildirilir ki, aktivlərinin və kredit portfelinin həcminə görə "Kapital Bank" hazırda Azərbaycanın ən aparıcı banklarından biridir. Bank ölkədə ən böyük filial şəbəkəsinə və müştəri bazasına malikdir. Müxtəlif bank əməliyyatlarının əhəmiyyətli hissəsi məhz "Kapital Bank" vasitəsilə həyata keçirilir. Azərbaycanda icra edilən geniş həcmli layihələrin, xüsusilə də infrastruktur layihələrin maliyyələşdirilməsində "Kapital Bank" yaxından iştirak edir.

Xəbər lenti

Xəbər lenti