...

Azərbaycan bankı "Xalq Bank" Bill Pay - yeni onlayn ödənişlər sistemini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 19:10 (UTC +04:00)
"Xalq Bank" "Golden Pay" şirkəti ilə birgə öz saytında Bill Pay - yeni onlayn ödəniş xidmətini istifadəyə verib.
Azərbaycan bankı "Xalq Bank" Bill Pay - yeni onlayn ödənişlər sistemini istifadəyə verib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

"Xalq Bank" "Golden Pay" şirkəti ilə birgə öz saytında Bill Pay - yeni onlayn ödəniş xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə bankın plastik kart sahibləri olan müştəriləri kommunal, eləcə də mobil və stasionar telefon, internet-provayder, kabel televiziyası və s. xidmətləri onlayn rejimində ödəmək imkanı qazanırlar. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Bill Pay sisteminin əsas üstünlüyü onun müştərilərə abonent kodları, telefon və kart nömrələrinin saxlandığı virtual şəxsi kabinetini yaratmaq imkanı verməsindədir. Sistemə daxil olmaq və aylıq ödənişlər üzrə əməliyyatlar aparmaq prosesi olduqca sadə və sürətlidir.

Əlavə olaraq, Bill Pay sistemində həyata keçirilən hər bir əməliyyata görə müştərilər bonus xalları alırlar ki, onları da sonda müxtəlif hədiyyələrə dəyişmək olar.

Xalq Bankın internet səhifəsində Bill Pay sistemindən istifadə pulsuzdur. Xidmətdən yararlanmaq üçün http://billpay.xalqbank.az/ səhifəsində qeydiyyatdan keçmək kifayətdir.

Bankın saytında ödənişləri əvvəlki qaydada, qeydiyyatsız aparmaq da mümkündür, lakin bu halda müştəriyə bonuslar hesablanmır.

Golden Pay sistemi Master Card və Visa beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik lisenziyalarına malikdir ki, bu da əməliyyatların tam təhlükəsizliyinə zəmanət verir.

Kommunal və digər ödənişləri bankın təqdim etdiyi İnternetBank və MobilBank xidmətləri vasitəsilə həyata keçirmək mümkündür.

Plastik kart sahibi olmayan müştərilərin sadalanan xidmətlər üzrə aylıq ödənişləri Xalq Bankın filiallarında qəbul olunur.

Xəbər lenti

Xəbər lenti