...

Gürcüstanda Azərbaycan turistlərinin sayı 38 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 20:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 may /Trend, müxbir N.Kirsxaliya/

2011-ci ilin yanvar-aprel aylarında Gürcüstana 674 409 turist səfər edib. Bu, ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 43 faiz çoxdur.

İlin ilk dörd ayı ərzində Avropa ölkələrindən Gürcüstana 239 489 müsafir gəlib (müsafirlərin ümumi sayının 35,5 faizi). Bu, ötən ilin müvafiq dövr göstəricisi ilə müqayisədə 42 faiz çoxdur. Bu barədə Trend-ə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

Hesabat dövrü ərzində MDB ölkələrindən Gürcüstana 410 759 turist səfər edib ki, bu da ötən ilin yanvar göstəricisindən 44 faiz çoxdur.

ABŞ-dan Gürcüstana 6 493 (ümumi sayın 1 faizi) müsafir gəlib. Bu, ötən ilin analoji dövr göstəricisindən 14 faiz çoxdur. Asiya ölkələrindən 16 237 (2,4 faiz) - 64 faiz çox, Afrika ölkələrindən 427 (0,1 faiz) - 69 faiz çox, dünyanın qalan ölkələrindən isə 1 004 turist (0,1 faiz) - 15 faiz çox səfər edib.

MDB ölkələrindən Gürcüstana gələn turistlərin böyük hissəsi (410 759) Azərbaycanın payına düşür (44 326 nəfər). Onların sayı 189 018 olub. Bu, ötən ilin analoji dövr göstəricisindən 38 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti