...

Azərbaycanda sərinləşdirici içkilər bazarında monitorinqlərə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 11:40 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bu barədə nazirlikdən bildirilib.
Azərbaycanda sərinləşdirici içkilər bazarında monitorinqlərə başlanılıb

Azərbaycan, Bakı, 17 may /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

"Yay mövsümünün yaxınlaşması ilə əlaqədar sərinləşdirici içkilərə tələbat da artır. Buna görə sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri daha da gücləndirilib", - məlumatda deyilir.

Yoxlamalar zamanı Tahir Nəbiyevə məxsus istehsalat sahəsində "Düşes" və "Tərxun" alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.

Bununla yanaşı, yoxlama zamanı müəssisədə "Dağlar" adlı qablaşdırılmış saxta içməli suyun istehsal edildiyi də aşkar olunub.

Qanun pozuntuları ilə əlaqədar, "Dağlar" qablaşdırılmış içməli suyunun, "Düşes" və "Tərxun" alkoqolsuz içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə müvafiq reseptura olmadan istehsal edilmiş, eləcə də saxta 1572 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti