...

Azərbaycan sığortaçıları Nəqliyyat Vasitələrinin İcbari Sığorta Bürosuna üzvlük haqlarını azaltmağı təklif edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan sığortaçıları Nəqliyyat Vasitələrinin İcbari Sığorta Bürosuna üzvlük haqlarını azaltmağı təklif edirlər. Büronun yaradılması "Sığortanın icbari növləri haqqında" qanun layihəsi çərçivəsində nəzərdə tutulur. Bu barədə Trend-ə cümə axşamı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Üçüncü oxunuşu iyunun sonunda keçiriləcək qanun layihəsinə əsasən, büronun üzvləri nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin göstərilməsinə lisenziyaya malik sığorta şirkətləri olacaq. Sığorta şirkətləri - büro iştirakçıları avtomobil nəqliyyatı vasitələri sahiblərinin icbari sığortası üzrə müqavilələr çərçivəsində daxil olan sığorta haqlarının 3 faizi məbləğində təqvimi ödənişlər etməli olacaqlar. Təqvimi ödənişlər hər rübdə hesabat dövrü başa çatdıqdan 15 gün sonra büronun hesabına köçürülməlidir.

Sığorta halları üzrə kompensasiyaların ödənilməsi üçün ehtiyat mənbələr sırasında büroya təminat depoziti də ödənilməlidir. Büronun üzvü olmaq istəyən sığorta şirkətləri birdəfəlik üzvlük haqqı - təminat depoziti ödəməlidirlər. Onun məbləği Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən müəyyən edilir.

"İndi fondun məbləği müzakirə edilir, sığorta şirkətlərinin çoxu istəyir ki, üzvlük haqları az olsun", - Səmədzadə bildirib.

Qanun layihəsi avtomobil nəqliyyatı vasitələrindən asılı olaraq sığorta tarifinin müəyyənləşdirilməsi zamanı şaxələndirilmiş yanaşmanı nəzərdə tutur. Əmlak üzrə avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin ödəniş məbləği 5 min manat (hazırda 1 min manat), sağlamlıq üzrə 50 min manat (hazırda 5 min manat) təşkil edəcək. Hazırda fəaliyyətin bu növü 1996-cı ildə qəbul edilən qanunla tənzimlənir.

İyunun 2-nə olan rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti