...

Azərbaycan və Türkiyə geodeziya və kartoqrafiya sahəsində gələcək əməkdaşlığı müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir А.Аxundov/

İyulda Türkiyə Xəritə Genel Komutanlığının nümayəndələrinin Bakıya səfəri gözlənilir. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məlumatında deyilir.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında sazişdən irəli gələn tədbirlərlə əlaqədar cari ilin 4 iyul tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Türkiyə Respublikasının Xəritə Genel Komutanlığı arasında Bakıda növbəti görüşün baş tutacağı gözlənilir", - məlumatda bildirilir.

Görüş zamanı geodeziya və kartoqrafiya sahəsində birgə görülmüş işlərin və gələcək planların müzakirə edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti