"Savab Dünyası" Assosiasiyasının elan etdiyi "Donor günü" aksiyasına Kapital Bank da qoşulub. Aksiya Azərbaycanda talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədinə xidmət edir. Bu məqsədə dəstək verən hər təşkilatda ildə bir dəfə müəyyən edilmiş gündə qanvermə kampaniyası keçirilir.
Kapital Bankda "Donor günü" kimi 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müəyyən edilmişdir. Həmin gün Kapital Bank əməkdaşları Azərbaycandakı talassemiyalı xəstələrin yaşaması naminə qan vermişlər. Kampaniyaya Kapital Bankın bütün struktur bölmələrinin əməkdaşları cəlb edilmişdir.
Hazırda ölkəmizdə hər 12 uşaqdan biri talassemiya geninin daşıyıcısıdır. Bu uşaqlara ayda ən azı bir dəfə qan köçürülməsinə ehtiyac vardır. İl ərzində donorlardan toplanan qan xəstələrin ehtiyacını tam ödəmədiyindən "Donor günü" aksiyasına daha çox təşkilatın qoşulması arzuediləndir.