...

Parabank "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" kampaniyasının I lotereya oyununun qaliblərini mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 18:07 (UTC +04:00)
"Parabank" Western Union-la birgə Azərbaycanda "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniya çərçivəsində birinci lotereya oyununu keçirib.
Parabank "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" kampaniyasının I lotereya oyununun qaliblərini mükafatlandırıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Parabank" Western Union-la birgə Azərbaycanda "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniya çərçivəsində birinci lotereya oyununu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Parabank-la birgə bu kampaniyada bankın tərəfdaşları qismində çıxış edən DəmirBank, Expressbank, Bank Silk Way, GünayBank və ASB Bank iştirak edirlər.

Beləliklə, 1-ci lotereya oyunu iyunun 15-də Excelsior mehmanxanasında kecirilib.

Lotereya oyununda yalnız 15 aprel-31 may tarixləri arasında möhürlənmiş kuponlar oynanılıb. Lotoreya oyunu zamanı 5 hədiyyə oynanılıb. Parabank-da Azər Cavadov, Kamin Bağırov və Sadiq Səfiyev müvafiq olaraq Parabank-ın Mərkəzi Aparatında, Gəncə və Bərdə filiallarında, 1 nəfər DəmirBank, 1 nəfər isə Exspressbankda Western Union vasitəsilə pul köçürməsi edərək lotereyada iştirak ediblər və kampaniyada qalib qəliblər. Qalib qələn iştirakçılara Western Union və adıçəkilən tərəfdaşlar tərəfindən 1000 manat məbləğində pul mükafatı təqdim olunacaq.

Qeyd etmək istərdik ki,"Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniya 15 aprel-15 iyul 2011-ci il tarixinədək davam edir. Bu kampaniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti