...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 14:32 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0,7869 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

27 iyun

0,7871

4 iyul

0,7868

28 iyun

0,7869

5 iyul

0,7868

29 iyun

0,7869

6 iyul

0,7870

30 iyun

0,7867

7 iyul

0,7870

1 iyul

0,7867

8 iyul

0,7869

Həftə ərzində orta

0,78686

Həftə ərzində orta

0,7869

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0, 78636 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmə həyata keçirilib (T+0): 4-7 iyulda sövdələşmə həyata keçirilməyib, ona görə də məzənnə əvvəlki səviyyədə - 0,7863 AZN/USD qalıb, iyulun 8-də 0,7866 AZN/USD məzənnə ilə $1,056 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

27 iyun

0,7859

4 iyul

0,7863

28 iyun

0,7855

5 iyul

0,7863

29 iyun

0,7863

6 iyul

0,7863

30 iyun

0,7863

7 iyul

0,7863

1 iyul

0,7863

8 iyul

0,7866

Həftə ərzində orta

0,78606

Həftə ərzində orta

0,78636

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

İyulun 4-də EUR/AZN Т+0 aləti üzrə bir avronun məzənnəsi 1,1457 manat olmaqla 1 374 840 manatlıq və ya 1,2 milyon avroluq bir sövdələşmə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti