...

Kapital Bank ödəmə kartları ilə hədiyyə kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 13:22 (UTC +04:00)
Kapital Bank öz müştəriləri üçün daha bir yay sürprizi hazırlayıb.
Kapital Bank ödəmə kartları ilə hədiyyə kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Kapital Bank öz müştəriləri üçün daha bir yay sürprizi hazırlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, iyulun 1-dən etibarən Kapital Bankdan "Visa Classic", "Visa Gold", "Visa Platinum", "Visa İnfinite", "Visa Business", "Visa Business Gold", "MasterCard Standard", "MasterCard Gold" və "MasterCard Platinum" kartlarını alan hər bir müştəriyə "Visa Virtual" kartı hədiyyə ediləcək.

"Visa Virtual" kartının kifayət qədər üstünlükləri var. Bu kart internetdə tam təhlükəsiz alış-veriş etmək imkanı verir. Bundan başqa, "Visa Virtual " kartına sahib olan müştəri Kapital Bankın "KartdanKarta " xidmətindən faydalanmaqla heç bir komisyon haqq ödəmədən bankın digər plastik kartlarından bu karta vəsait köçürə bilər.

196 nömrəli müştəri xidmətinə zəng edərək "Visa Virtual" kartı haqqında istənilən məlumatı almaq mümkündür.

Hədiyyə kampaniyası ilin sonuna qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti