...

"Moskoviya" aviaşirkəti Azərbaycana uçuşları davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2011 18:31 (UTC +04:00)
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Moskoviya aviaşirkəti" ASC-nin sertifikatının fəaliyyətinin dayandırılması barədə qərarını ləğv edib.
"Moskoviya" aviaşirkəti Azərbaycana uçuşları davam etdirir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Moskoviya aviaşirkəti" ASC-nin sertifikatının fəaliyyətinin dayandırılması barədə qərarını ləğv edib. Qərar bütün marşrutlar üzrə uçuşların dayandırılmasını nəzərdə tuturdu. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.

Beləliklə, Rusiyanın "Moskoviya" aviaşirkəti həyata keçirdiyi bütün istiqamətlər, o cümlədən Moskva-Gəncə marşrutu üzrə uçuşları davam etdirir.

"Əmrin ləğv edilməsi ilə bağlı qərar "Rusiya Tranzit Nəzarəti Xidmətinin yoxlama aktında göstərilən pozuntuların aradan qaldırılması ilə bağlı daxil olan informasiya əsasında" qəbul edilib", - məlumatda deyilir.

Aviaşirkət Moskva-Gəncə marşrutu üzrə uçuşları hər gün yerinə yetirir (Domodedovo aeroportu). Təyyarə Moskvadan yerli vaxtla saat 12:55-də qalxır və 14:05-də Gəncəyə enir. Bu hal yalnız şənbə günü istisnadır. Həmin gün təyyarə 14:00-da enir.

"Moskoviya" aviaşirkətindən başqa, Gəncədən Moskva istiqamətində aviareysləri "Azərbaycan Hava Yolları", Rusiyanın VİM-Avia, Yuteyr aviaşirkətləri yerinə yetirir. Bundan başqa, bu aeroportdan Sankt-Peterburqa da reyslər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti