...

"Akkord" şirkəti Kür çayı yaxınlığında sahilbərkitmə işlərinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 18:26 (UTC +04:00)
"Kür və Araz çayları boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi" layihəsi çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Kür çayının sol və sağ sahili üzrə 34 kilometrlik mühafizə bəndi tikib.
"Akkord" şirkəti Kür çayı yaxınlığında sahilbərkitmə işlərinin yekunlarını açıqlayıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

"Kür və Araz çayları boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi" layihəsi çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Kür çayının sol və sağ sahili üzrə 34 kilometrlik mühafizə bəndi tikib. Trend-in məlumatına görə, bu barədə ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Nəticə etibarilə Kür çayının sağ sahilində 12,7 km, sol sahilində 21,7 km olmaqla, ümumilikdə 34 km mühafizə bəndi tikilib", - məlumatda bildirilir.

Layihə Azərbaycan Nazirlər Kabinetinin 7 mart 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında həyata keçirilir.

Qısa vaxtda Kür çayının sol sahil mühafizə bəndində intensiv torpaq işləri yerinə yetirilib. Xüsusilə Salyan rayonunun Pratmangəncəli kəndində 133 000 m3, Çuxanlı kəndində 259 000 m3, Babazanlı kəndində 59 500 m3 ərazidə işlər görülüb.

Torpaq işləri Neftçala rayonunun ərazisində, xüsusilə Şorkənd kəndində 56 000 m3, Qaraqaşlı kəndində 143 500 m3, Beşdəli kəndində 108 500 m3 ərazidə aparılıb.

Kür çayının sağ sahil mühafizə bəndində Salyan rayonunun Beşdəli kəndində 42 000 m3, Xocalı kəndində 189 000 m3, Ərəbqardaşbəyli kəndində 213 500 m3 olmaqla, cəmi 1 204 000 m3 torpaq işləri yerinə yetirilib.

Aparılan intensiv işlər nəticəsində 9 kəndin təhlükəsizliyi təmin edilib. İşlərə 140 nəfər işçi, 20 inşaat texnikası, 45 özüboşaldan yük maşını, 10 ədəd digər köməkçi nəqliyyat vasitələri cəlb edilib.

Xəbər lenti

Xəbər lenti