...

Standartlaşdırma üzrə Dövlət Komitəsi üç sertifikatlaşdırma orqanını akkreditasiya edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 13:35 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub.
Standartlaşdırma üzrə Dövlət Komitəsi üç sertifikatlaşdırma orqanını akkreditasiya edib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub. Trend-in məlumatına görə, bu barədə komitənin çərşənbə günü yaydığı məlumatda deyilir.

Keyfiyyətin idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb.

"AZSERTSERVİS" MMC tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqan kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi istehsal və idxal edilən tikinti və inşaat materiallarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan malları sertifikatlaşdırmaqdır.

"İNTERSTANDARTSERVİS" MMC mebel üzrə sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi istehsal və idxal edilən mebel məhsullarının və mebel məhsulları üçün yarımfabrikat məmulatlarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.

"SERTİFİKAT SERVİS" MMC isə ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi ərzaq məhsullarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.

Hər üç orqan öz fəaliyyətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ sənədlərini rəhbər tutur və onlar tərəfindən verilən uyğunluq sertifikatlarının dövlət reyestrində qeydiyyatını Dövlət Komitəsi aparır.

Xəbər lenti

Xəbər lenti