...

Azərbaycanın kənd təsərrüfatının kreditləşməsinin həcmi hər il 20-25 faiz artacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2011 19:20 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatına yönəldilən kredit resurslarının artırılmasına ehtiyac var. Kənd təsərrüfatı naziri İsmət Abasov bu fikirdədir.
Azərbaycanın kənd təsərrüfatının kreditləşməsinin həcmi hər il 20-25 faiz artacaq - nazir

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanda kənd təsərrüfatına yönəldilən kredit resurslarının artırılmasına ehtiyac var. Kənd təsərrüfatı naziri İsmət Abasov bu fikirdədir.

"Məsələnin həlli üçün dövlət büdcəsindən və müxtəlif layihələr çərçivəsində ayrılan vəsaitlərin 20-25 faiz illik artımı proqnozlaşdırılır", - Trend-in məlumatına görə, Abasov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) "EcoVision" jurnalında dərc edilən müsahibəsində deyib.

Onun sözlərinə görə, Dünya Bankının (DB) "Azərbaycanın kənd investisiyaları" (AzRIP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) - "Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı", "Şimal-şərq inkişaf Layihəsi", "Şimal-qərb kənd inkişaf Layihəsi" layihələrin icrası davam edir. Ümumilikdə bu layihələr çərçivəsində kənd təsərrüfatı malları istehsalçılarına artıq 196,5 milyon dollar məbləğdə kredit ayrılıb.

AzRIP layihəsinin həyata keçirilməsinə dair kredit müqaviləsi 2004-cü il sentyabrın 23-də imzalanıb və 2004-cü il dekabrın 29-da qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 milyon dollar təşkil edir ki, bunun da 15 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA), 3,3 milyon dolları Yaponiya hökumətinin qrantının payına, qalan hissəsi isə hökumətin payına (1,250 milyon dollar) düşür. 2010-cu ilin aprelində AzRIP layihəsinin ümumi məbləği 21,5 milyon dollar olan əlavə maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanıb.

1997-ci ildən başlayaraq, IFAD Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra proqramlar həyata keçirib. Azərbaycanla əməkdaşlığın əvvəlindən Azərbaycan IFAD xətti ilə 20 il ödənişdən azad edilməklə və illik 0,75 faizlə güzəştli maliyyələşdirmə alıb.

IFAD-ın Azərbaycanda investisiyalarının ümumi həcmi 87 milyon dollardır.

Nazirin sözlərinə görə, "Aqrоkrеdit" kredit təşkilatı tərəfindən 2010-cu il ərzində kənd yеrlərinin krеditləşdirilməsi хətti ilə 652 sahibkarlıq subyеktinə 7,5 milyоn dоllar kredit verilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fоndunun vəsaiti hеsabına 2005-2010-cu illər ərzində kənd təsərrüfatı məhsulları istеhsalı və еmalı sahələrinin 7 449 sahibkarlıq subyеktlərinə 274,4milyоn dоllar məbləğində krеdit vеrilib.

"Hеsablamalar göstərir ki, bu illər ərzində hər bir təsərrüfat subyеktinə vеrilən krеdit 2005-ci ildə 13,2 min dоllar təşkil еdirdisə, bu məbləğ 2010-cu ildə 54,8 min dоllara çatıb", - Abbasov bildirib.

Onun sözlərinə görə, 2007-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən aqrar sektorun inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan və əvvəlki illərdə verilmiş kreditlər üzrə qayıdış hesabına ölkənin 53 rayonunda aqrar sahədə fəaliyyət göstərən 1376 fiziki və hüquqi şəxslərə güzəştli kreditlər 46,1 milyon manat kredit verilib.

Xəbər lenti

Xəbər lenti