...

Azərbaycanda 500 kq-dan çox yararsız ərzaq malları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2011 18:38 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız mallar aşkar edilib.
Azərbaycanda 500 kq-dan çox yararsız ərzaq malları aşkar edilib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız mallar aşkar edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Bakının Nəsimi, Nərimanov, Yasamal rayonlarında, Siyəzən və Gəncə şəhərlərində, Bərdə və Füzuli rayonlarında aparılan monitorinqlər zamanı ümumi çəkisi 550 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti