Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan MDB məkanında azad ticarət zonası haqqında müqavilə layihəsinə qoşulma məsələsində öz mövqeyində qalmaq niyyətindədir. Bu barədə Trend-ə cümə günü ölkə hökumətindən bildirilib.
MDB ölkələri müqavilə layihəsinin müzakirəsini sentyabrın 23-də Almatıda çağırılacaq MDB İqtisadi Şurasının 51-ci iclası çərçivəsində davam etdirmək istəyir.
"Azərbaycan öz mövqeyini müqavilə layihəsinin müzakirələri çərçivəsində bütün məsələlər üzrə konsensus əldə olunanadək, yəni onun son variantının hazırlanmasına qədər qoruyub saxlayacaq", - hökumətdəki mənbə deyib.
Milli bazarın qorunması və ümumilikdə milli maraqların, həmçinin qarşılıqlı ticarət üçün əlverişli şəraitin təşkilinin himayəsi məqsədilə Azərbaycan öz mövqelərini müqaviləyə qoşulma haqqında son qərar verilmədən müdafiə edəcək. Müqavilənin hazırkı variantında ölkə hökumətlərinin fikir ayrılıqları görünür.
Mayın 19-da MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında sazişin imzalanması üçün üçüncü rüb ərzində bu məsələ üzrə MDB ölkələrinin mövqelərinin yaxınlaşdırılması barədə tapşırıq verilib. Çünki ölkələr 2012-ci ilə tam aydın tarif siyasəti, rüsum və s. məsələlərlə, sosial-iqtisadi inkişaf proqnozları, büdcə ilə daxil olmalıdırlar.
Azad ticarət zonası haqqında müqavilə 2008-ci ilin sonunda Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb və MDB İcraiyyə Komitəsinə təqdim edilib. Həmin vaxtdan ötən müddət ərzində yaradılan xüsusi işçi qrupu çərçivəsində silsilə danışıqlar aparılıb və həmin danışıqların gedişində maraqlı dövlətlərin təklif və iradlarına baxılıb, nəzərə alınıb. Bu ilin fevralında işçi qrupu müqavilə layihəsinin mətnini və ona edilmiş bəzi əlavələri razılaşdırılmış hesab etməyi qərara alıb. Daxil olan təkliflərə müvafiq olaraq dəqiqləşdirilmiş sənəd layihəsi bu ilin martında keçirilən MDB İqtisadi Şurası yanında komissiyanın iclasında bəyənilib.
Hazırlanmış sənəd MDB məkanında ticarətin tammiqyaslı liberallaşdırılması üçün vahid, müasir tələblərə cavab verən müqavilə bazasının formalaşmasına yönəlib. Yeni sənəd çərçivəsində azad ticarət rejimindən barəsində idxal rüsumları tətbiq edilən müsadirələrin minimuma endiriləcəyi ehtimal olunur. Gələcək müqavilə çərçivəsində ixrac rüsumlarının müəyyən edilməsi planlaşdırılır, bundan sonra isə onların mərhələli şəkildə ləğv edilməsi üzrə danışıqlara başlanması qüvvəyə minəcək.
Hazırda MDB ölkələri arasında 1994-cü ildə imzalanan və 1999-cu ildə düzəlişlərin edildiyi azad ticarət rejimi haqqında saziş, eləcə də Birlik ölkələri arasında 100-ə yaxın ikitərəfli saziş mövcuddur. Bu sənədlərin əksəriyyəti bir-biri ilə, eləcə də Ümumdünya Ticarət Təşkilatının normaları ilə ziddiyyət təşkil edir.
Azərbaycan sivil tranzit dövlət qurmağı hədəfləyir, ona görə də ölkə hökumətində hesab edirlər ki, həm idxal, həm də ixrac əməliyyatlarında azad ticarət rejimindən müsadirələr lazım deyil.
Azərbaycanın mövqeyi [nəzarətçi kimi çıxış etmək] Rusiyanın bütün idxal rüsumlarının ləğvi, amma birlik ölkələri ilə ticarətdə ixracat rüsumlarının səviyyəsinin təsbiti təklifi ilə razılaşmamaqla izah olunur. Bununla bağlı olaraq, Azərbaycan hökuməti hələ azad ticarət zonaları haqqında sazişin hazırlanması ilə bağlı vəziyyəti qiymətləndirməyi üstün tutur.
"Azərbaycanı tranzit məsələləri çox maraqlandırır ki, bu da gələcəkdə əmtəə dövriyyəsi həcmini artırmağa imkan verəcək. Ukrayna və Belarus danışıqlar prosesində tranzit şərtlərini maksimal müdafiə etməyə çalışır və Azərbaycan tərəfi bu məsələdə onları dəstəkləməyə çalışır", - mənbə deyib.
Hazırda Azərbaycan Belarus, Qazaxıstan, Gürcüstan (saziş imzalananda ölkə MDB-yə daxil idi), Moldova, Özbəkistan, Qırğızıstan, Rusiya, Türkmənistan və Ukrayna ilə azad ticarət zonalarına dair ikitərəfli sazişlər imzalayıb, lakin müzakirə olunan hazırkı müqavilə layihəsi bu ikitərəfli sazişlərin ləğv edilməsini nəzərdə tutur.
Azad ticarət zonalarının təşkili nəzərdə tutur ki, hazırda vahid müqaviləyə imza atmamış ölkələr gələcəkdə bu sənəddə əks olunmuş baza prinsipləri əsasında qoşula bilərlər.
Milli istehsalçıların dəstəklənməsi mexanizmləri, qarşılıqlı əlverişli rejimin təşkili eyni zamanda əsaslandırılmamış himayədən qurtulmanı və MDB daxilindəki ticarət şərtlərinin gələcəkdə tədricən ÜTT şərtlərinə yaxınlaşacağını da nəzərdə tutur.