...

Avrobondların buraxılışı ARDNŞ-nin yeni kreditlər cəlb etmək planlarını təxirə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 14:59 (UTC +04:00)
Avrobond buraxmaq planları ilə əlaqədar olaraq ARDNŞ hələlik yeni kredit xətlərini cəlb etməyə hazırlaşmır.
Avrobondların buraxılışı ARDNŞ-nin yeni kreditlər cəlb etmək planlarını təxirə salır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/

Avrobond buraxmaq planları ilə əlaqədar olaraq ARDNŞ hələlik yeni kredit xətlərini cəlb etməyə hazırlaşmır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

"Qaradağda gəmiqayırma zavodu, "Ümid" yatağında ikinci quyunun qazılması, ARDNŞ əmtəə nişanı ilə Bakıda yeni YDM-in tikintisi və bir sıra digər yeni layihələr şirkətin daxili vəsaiti ilə maliyyələşdiriləcək", - o deyib.

Qasımovun sözlərinə görə, şirkət avrobondları artıq bu il buraxmaq arzusundadır. "Ancaq hər şey imkanlardan və dünya maliyyə bazarlarından asılıdır", - o bildirib.

Avrobondların buraxılışı ilə əlaqədar birinci buraxılışın 500 milyon dollar olmasının məqsədəuyğunluğu haqqında qərar qəbul olunub. Dövlət Neft Şirkətiin gözləntilərinə görə, ARDNŞ-nin avrobondlarına tələb təklifi iki-üç dəfə üstələyəcək.

Şirkətdən deyildiyi kimi, hazırda ARDNŞ sərmayədarlar üçün "road show"nun keçirilməsinə hazırlaşır və emissiya prospekti hazırlayır. Şirkətin əsas aktivləri üzrə məlumatın toplandığı xüsusi mərkəz yaradılıb, bundan sonra ARDNŞ-nin və anderrayter bankların hüquqşünasları ilə onun auditi keçiriləcək.

Avrobondların Avropa və Asiya bazarları üzrə buraxılışı ehtimal olunur, lakin mövcud praktikaya görə, amerikalı sərmayədarlar onları özlərinin ofşor bölmələri vasitəsilə əldə edə bilərlər.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neftqazçıxarma idarələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti