Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Azərbaycanın mobil operatoru Bakcell şirkəti daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün unikal tarif planı yaradıb. Yeni CINeration tarifi xüsusi olaraq yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Bu tarif gəncləri CINeration şüarı altında bir yerə toplayacaq.
Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bütün CINeration abunəçiləri ilə xüsusi qiymətə - dəqiqəsi 2 qəpiyə danışmaq imkanı olacaq. CINeration tarifi mobil rabitənin bütün növləri üzrə faydalı imkanlar təklif edir: ölkədaxili bütün istiqamətlərə göndərilən SMS və MMS-in qiyməti sadəcə 2 qəpik, internet trafiki isə yarı qiymətədir. Bu isə o deməkdir ki, "Facebook" və digər sosial şəbəkələrdə dostlarla danışmaq daha da sərfəli olacaq. Bakcell hələ də öz müştərilərinə zero.facebook imkanı təklif edən yeganə mobil operatordur. Bu da son deyil! Gecələr ünsiyyət saxlamağı xoşlayan gənclər xüsusi gecə tarifindən yararlanacaqlar - bütün Bakcell nömrələrinə zəngin 1 dəqiqəsi və ya 1 SMS-in qiyməti sadəcə 1 qəpik təşkil edir.
Əgər siz Bakcell-in yeni abunəçisisinizsə, sadəcə Bakcell-in CİN nömrəsini alın və *138#4#YES yığmaqla yeni tarifə qoşulun. Cari CİN abunəçiləri də eyni kodu yığaraq bu tarifə qoşula bilərlər. 10 yanvar 2012-ci il tarixinədək CİNeration tarifinə ilk qoşulma pulsuzdur.