...

Azərbaycan metanolunun təqribən 90 faizi ixrac ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 15:19 (UTC +04:00)
"AzMeCo" şirkəti Azərbaycanda istehsal edilən metanolun 90 faizini ixrac edəcək. Bunu çərşənbə günü jurnalistlərə "AzMeCo" şirkətinin idarə heyətinin rəhbəri Nizami Piriyev deyib.
Azərbaycan metanolunun təqribən 90 faizi ixrac ediləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

"AzMeCo" şirkəti Azərbaycanda istehsal edilən metanolun 90 faizini ixrac edəcək. Bunu çərşənbə günü jurnalistlərə "AzMeCo" şirkətinin idarə heyətinin rəhbəri Nizami Piriyev deyib.

"İstehsal edilən metanolun 90 faizi ixraca yönləndiriləcək. Lakin biz gələcəkdə metanoldan xammal kimi istifadə etməyi, onun daxili bazarda tələbat payını artırmaq və ölkə iqtisadiyyatının neft sektorunun inkişafı məqsədilə bir sıra kiçik müəssisələr tikməyi planlaşdırırıq" , - Piriyev deyib.

Onun sözlərinə görə, hazırda Avropa konsaltinq şirkətləri bazarın təhlilini aparır. Bunun nəticəsində "AzMeCo" məhsullarına olan tələbat və onun mümkün satış bazarları müəyyənləşəcək.

Zavodun tikinti layihəsinin ümumi dəyəri 360 milyon dollardır, bu gün layihənin maliyyələşdirilməsi artıq başa çatıb. Bank faizləri nəzərə alınmaqla, layihənin dəyəri 400 milyon dolları üstələyir.

"Bu vəsaitlərin 70 faizi bank kreditlərinin payına düşür. Şirkətin əsas kreditoru Azərbaycan Beynəlxalq Bankıdır. Adıçəkilən bank həmçinin digər ölkələrin ixrac-idxal banklarından kreditlərin cəlb olunmasını dəstəkləyir" , - Piriyev bildirib.

Piriyevin sözlərinə əsasən, "AzMeCo" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə işbirliyindən faydalı təcrübə qazanıb. Bundan qabaq şirkət AYİB-in layihənin birinci mərhələsi üçün 120 milyon dollar məbləğində ayırdığı vəsaitdən istifadə etməyib.

"Bu məsələ bir kənara qoyulub. Lakin biz gələcək layihələrimizi həyata keçirəndə AYİB-dən maliyyə dəstəyi almaq üçüm müraciət almağa düşünürük" , - o deyib.

Metanol zavodu Cənubi Qafqazda və Orta Asiyada yeganə zavod olacaq. O, 2012-ci ildə istismara veriləcək. Metanol istehsalına aprel ayından başlanması planlaşdırılır və zavod 2012-ci ilin iyun-iyulunda 560 min ton layihə gücünü yığacaq.

2012-cilin sonunda ölkədə metanolun istehsal gücünün ildə 720 min tona çatdırılması planlaşdırılır.

"AzMeCo" 2007-ci ildə yaradılıb. Şirkət öz portfelinə Xəzər hövzəsindəki beynəlxalq karbohidrogen layihələrinin əlavə edilməsi ilə Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun baş planını hazırlayıb.

Xəbər lenti

Xəbər lenti