...

Bakı metrosunun "Məşədi Əzizbəyov" stansiyasının açılacağı vaxt məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 14:01 (UTC +04:00)
Metronun yenilənən "Məşədi Əzizbəyov" stansiyası ilin sonunadək açılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Metropolitenindən bildiriblər.
Bakı metrosunun "Məşədi Əzizbəyov" stansiyasının açılacağı vaxt məlum olub

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

Metronun yenilənən "Məşədi Əzizbəyov" stansiyası ilin sonunadək açılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Metropolitenindən bildiriblər.

Məlumata görə, bu gündən stansiyanın bağlanması stansiyada və onun çıxışlarında modernləşdirmə və rekonstruksiya işləri prosesinin sürətləndirilməsi üçün vacib olan tədbirdir.

"Stansiyanın açılması bir ay, ay yarım ərzində mümkün ola bilər, lakin bu, tez də baş verə bilər. Hər şey işlərin gedişindən asılıdır", - Metropolitendən deyiblər.

Stansiyanın tamamilə rekonstruksiyası prosesinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Bu işlər Bakı Metropoliteninin 20 illik inkişaf proqramı çərçivəsində aparılır. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq. Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur. Yeni stansiyaların tikintisi zamanı yer seçimində inteqrasiya məsələləri və digər sərnişin nəqliyyatının növlərinin çoxfunksionallı nəqliyyat kompleksi ilə uyğunlaşmaları da nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti