...

Azərbaycan donuzlarda Afrika taununun yayılması təhlükəsi olan ölkələrin siyahısından çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2011 14:08 (UTC +04:00)
Beynəlxalq Epizootik Büro Azərbaycanı donuzlar arasında Afrika taununun yayılması təhlükəsi olan ölkələrin siyahısından çıxarıb.
Azərbaycan donuzlarda Afrika taununun yayılması təhlükəsi olan ölkələrin siyahısından çıxarılıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq Epizootik Büro Azərbaycanı donuzlar arasında Afrika taununun yayılması təhlükəsi olan ölkələrin siyahısından çıxarıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

"Azərbaycan həmin siyahıya 2008-ci ildə Qəbələ rayonundakı kəndlərdən birində taun xəstəliyinin baş qaldırması səbəbindən salınmışdı. Bu il üçillik karantinin başa çatması və həmin kənddə heyvanların yoxlanmasının nəticələrinin müsbət olması ilə əlaqədar Azərbaycan bu siyahıdan çıxarılıb", - Xanvəli deyib.

Donuzların Afrika taunu (Montqomeri xəstəliyi) ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Təbii şəraitdə xəstəliyə vəhşi və ev donuzları meyillidirlər. Yoluxma sağlam heyvanların xəstə heyvanlarla əlaqəsi zamanı baş verir. Xəstəlik insan sağlamlığı üçün təhlükə törətmir. Lakin müalicəyə və peyvənd profilaktikasına tabe olmadığından heyvandarlıq üçün son dərəcə təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti