...

Oktyabrda Azərbaycanda inflyasiya sıfır səviyyəsində olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2011 19:30 (UTC +04:00)
Oktyabrda Azərbaycanda istehlak malları və xidmət tarifləri üzrə qiymətlər ötən ayla müqayisədə dəyişməz olaraq qalıb.
Oktyabrda Azərbaycanda inflyasiya sıfır səviyyəsində olub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabrda Azərbaycanda istehlak malları və xidmət tarifləri üzrə qiymətlər ötən ayla müqayisədə dəyişməz olaraq qalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz bahalaşıb, xidmət tariflərinin qiymətləri isə 0,5 faiz ucuzlaşıb.

Ay ərzində ərzaq məhsullarından manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, süfrə marqarininin, bitki yağlarının, şaftalının, qarpız və yemişin, xiyarın, pomidorun, bibərin, badımcanın, şəkərin qiyməti bahalaşıb.

Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən unun, çovdar və qarışıq undan çörəyin, qarabaşaq yarmasının, yumurtanın, limonun, bananın, portağal və naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, şabalıdın, kələmin, göyərtinin, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda internet xidməti tariflərində, beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti