Azərbaycan, Bakı, 11 noyabr/Trend/
Bu gün təsisçisi "Atəşgah" sığorta şirkəti olan "İntermed" tibb klinikası 9 illiyini qeyd edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Atəşgah"ın yaydığı məlumatda deyilir.
"Düz 9 il bundan qabaq - 11 noyabr 2002-ci ildə "İntermed" tibb klinikası yüksək keyfiyyətli tibb xidmətləri göstərmək üçün öz qapılarını ilk dəfə olaraq pasiyentlərinin üzünə açdı", - məlumatda deyilir.
Bu dövr ərzində "İntermed" əhaliyə göstərilən ambulator-poliklinik xidmətlər spektrini əhəmiyyətli dərəcədə genişləndirməyə müvəffəq olub. Klinikanın müştəriləri və pasiyentləri sırasına "Atəşgah" SŞ-nin 10 minə yaxın sığorta olunanı daxildir.
"İntermed" könüllü tibbi sığorta xidmətlərini təqdim etmək üçün Azərbaycanda yaradılmış unikal tibb müəssisəsidir. Klinikanın iş prinsipini yüksək keyfiyyətli xidmət və hər pasiyentə fərdi yanaşma təşkil edir", - məlumatda klinikanın direktoru
Denis Sultanov deyib.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində Qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
Noyabrın 11-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.