...

Azərbaycanda əməkhaqqı və pensiyaların artırılması uzunmüddətli perspektivlər nəzərə alınmaqla aparılacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.Xəlilova/

2012-ci ildə Azərbaycanın dövlət büdcəsində əməkhaqqı və pensiyaların artırılması üçün təxminən 800 milyon manat vəsait nəzərdə tutulub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı maliyyə naziri Samir Şərifov parlamentdə 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin müzakirəsində bildirib.

"Bu, kifayət qədər böyük məbləğdir. Ümumilikdə, bizdə əməkhaqqı və pensiyaların artırılması üçün müəyyən vəsait var, lakin bu məsələni uzunmüddətli perspektivdə nəzərdən keççirməliyik. Biz bu gün əməkhaqqı və pensiyaları kəskin artıra bilərik, lakin əgər bu prosesin davamlılığını təmin edə bilməsək, onda bu, 3-5 ildən sonra böyük problemlərə gətirib çıxaracaq", - nazir deyib.

Bu gün sosial sahədə müvafiq maliyyə təminatına malik olmayan bir çox Avropa ölkələri əsassız vədlər əsasında qəbul edilən tədbirlər nəticəsində böyük problemlərlə üzləşirlər və onlar həmin problemlərin həllini bu ödənişlərin kəskin azaldılmasında görürlər.

"Azərbaycanda sosial ödənişlərin artırılması məsələləri ardıcıl olaraq, öz həllini taparaq həll edilir. Və belə qərarlardan biri 2011-ci ildə pensiya təminatının ikisəviyyəli keçidinə keçilməsi ilə bağlı qəbul edilib və ümumilikdə, bəzi pensiyaçılar üçün pensiyaların hesablanması metodikası dəyişdirilib", - Şərifov deyib.

Onun sözlərinə görə, bu qərar böyük maliyyə vəsaiti tələb edib, lakin bu maliyyə öhdəliklləri sonrakı illərdə də dövlət büdcəsinin formalaşmasında nəzərə alınacaq.

Noyabrın 24-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti