...

GUAM-ın inkişaf perspektivi iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır - ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2011 17:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 dekabr /Trend, müxbir N.Kirsxaliya/

GUAM-ın inkişaf perspektivi siyasi fəaliyyətdən daha çox iqtisadi sahədə konkret layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bu barədə cümə axşamı Trend-ə gürcü ekspert Tornike Şaraşenidze deyib.

Bu günlərdə Azərbaycan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM beynəlxalq təşkilatına sədrlik edib.

"GUAM çərçivəsində iqtisadi və gömrük problemlərini həll etmək, eləcə də enerji sektorunda əməkdaşlıq etmək lazımdır. Bu da olduqca perspektivli ola bilər", - Şaraşenidze bildirib.

Onun sözlərinə görə, bu ölkələrin iqtisadi sahədə daha böyük əməkdaşlıq perspektivləri var, iqtisadi xətt üzrə yaxınlaşma siyası sahədə də yaxınlaşmağa gətirib çıxaracaq.

İqtisadi ekspert Nodar Xaduri GUAM çərçivəsində əməkdaşlığın dərinləşməsini perspektivli hesab edir.

"GUAM çərçivəsində ciddi layihələrin həyata keçirilməsi mümkündür, Özbəkistanın vaxtilə bu təşkilatı tərk etməsinə baxmayaraq, məhz iqtisadi və enerji sahələrində əməkdaşlıq potensialı olduqca yüksəkdir", - o qeyd edib.

Bununla yanaşı, Xaduri vurğulayıb ki, müəyyən mənfi siyasi təsirlər var ki, bu da təşkilatın üç iştirakçısının MDB-yə üzvlüyü ilə bağlıdır.

"Əsas odur ki, MDB üzvü olan ölkələrə təzyiq artırılmasın. GUAM ölkələri iqtisadi əlaqələrini aktivləşdirməlidirlər", - o bildirib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti