...

İstanbul-Bakı marşrutu üzrə bir neçə reys yubanır (ƏLAVƏ OLUNUB-3)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2012 04:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq İstanbul-Bakı marşrutu üzrə bir neçə gecə aviareyslər Bakıya gecikmə ilə gəlib. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

TK 336 (Bakıya gəlişi yerli vaxtla 01:35-də), J2 078 (Bakıya gəlişi yerli vaxtla 03:30-da) və TK 338 (Bakıya gəlişi yerli vaxtla 04:10-da) nömrəli aviareyslər müvafiq olaraq 3, 1.5 və 2 saatdan çox gecikmə ilə Bakıda eniblər.

Öncə, Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq, "Turkish Airlines" aviaşirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul axşam reysləri ləğv edilib.

"TK 334 (Bakıya gəlişi yerli vaxtla 19:35-də) və TK 335 (Bakıdan gedişi 20:35-də) aviareysləri rəsmən ləğv edilib.

Reyslərin ləğv edilməsinə səbəb Türkiyə ərazisində müşahidə edilən pis hava şəraitidir", - aeroportdan deyiblər.

Aeroportdan bildiriblər ki, hava şəraitinə baxmayaraq, "Azərbaycan Hava Yolları" QSC-nin İstanbul istiqamətində həyata keçirdiyi aviareyslər ləğv edilməyib.

Bir müddət əvvəl hava şəraiti ilə əlaqədar olaraq İstanbul-Bakı aviareysi Bakıya bir saat gecikmə ilə gəlib. Hazırda İstanbula yola salınacaq təyyarəyə sərnişinlər minməkdə davam edir. "Təyyarə yaxın müddətdə Bakıdan uçmaldır", - aeroportdan qeyd ediblər.

Türkiyədə hava şəraiti ilə əlaqədar bir sıra daxili reyslər də ləğv edilib.

Xəbər lenti

Xəbər lenti