...

Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan DB-nin tərəfdaş ölkələri arasında liderdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 13:33 (UTC +04:00)
Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan Dünya Bankının (DB) tərəfdaş ölkələri arasında liderdir.
Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan DB-nin tərəfdaş ölkələri arasında liderdir

Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir A. Axundov/

Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan Dünya Bankının (DB) tərəfdaş ölkələri arasında liderdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunnda çıxış edən DB-nin Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouen bildirib.

"DB-nin Azərbaycandakı mövcud portfeli kifayət qədər ciddi səviyyədə - 2,3 milyard dollar həcmində formalaşdırılıb. Azərbaycan portfelin həcminə görə bankın üçüncü tərəfdaş ölkəsi, adambaşına düşən investisiyanın həcminə görə isə birinci tərəfdaş ölkəsidir", - Ouen qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın vergi sistemi getdikcə daha da səmərəli olur.

"Fəaliyyətdə olan qanunvercilik bunun üçün yaxşı şərait yaradır", - Ouen deyib.

O, Azərbaycanın vergi sisteminin inkişafında beynəlxalq ictimaiyyətin, Avropa İttifaqının və xüsusən də Niderland Krallığının rolunu vurğulayıb.

"Gələcək inkişaf, o cümlədən vergiqoyma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün böyük imkanlar var" , - Ouen bildirib.

Onun sözlərinə görə, qeyri-neft ÜDM-də vergi daxilolmalarının payı üzrə Azərbaycanın mövqeyi dünyada qüvvətlənir.

Azərbaycanın 1992-ci ildən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) və 1995-ci ildən Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olmasından etibarən, DB ölkədə 43 layihəyə təxminən 3 milyard dollar həcmində investisiya qoyub.

Azərbaycanın 1995-ci ildə qoşulmasından sonra Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) öhdəliyi 45 layihə üzrə təxminən 350 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti