...

Azərbaycanda 290 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 17:13 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Azərbaycanda 290 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Trend-ə cümə axşamı nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Xətai, Binəqədi, Yasamal, Nərimanov, Nəsimi rayonlarında, Şəki şəhərində, eləcə də Tərtər və Ucar rayonlarında keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti