...

Bakı Dəmiryol Vağzalı qatarları gecikmə ilə qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 12:28 (UTC +04:00)
Bakı Dəmiryol Vağzalı dəmiryol reyslərini gecikmə ilə qəbul edir. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Bakı Dəmiryol Vağzalı qatarları gecikmə ilə qəbul edir

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E.İsmayılov/

Bakı Dəmiryol Vağzalı dəmiryol reyslərini gecikmə ilə qəbul edir. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, həm şəhərlərarası, həm də beynəlxalq təyinatl dıəmir yol reyslərinin qəbulunda və yola salınmasında problem yoxdur.

"Lakin bununla yanaşı, reyslər kiçik gecikmələrlə qəbul olunur", - Əzməmmədov deyib.

Reyslərin gəlişində gecikmələr sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan qatarların hərəkətinə sürət məhdudiyyətinin tətbiqi ilə əlaqədardır.

Bir həftədən çoxdur ki, Azərbaycan ərazisində bu gün də saxlanan kəskin hava şəraiti müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti