...

2011-ci ildə Azərbaycanda antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı 95 fakt aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 14:27 (UTC +04:00)
Ötən il Azərbaycanda sahibkarlıq subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı üzrə 95 qərar qəbul edilib.
2011-ci ildə Azərbaycanda antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı 95 fakt aşkar edilib

Azərbaycan, Bakı, 13 fevral /Trend müxbir N.İsmayılova/

Ötən il Azərbaycanda sahibkarlıq subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı üzrə 95 qərar qəbul edilib. Bunun əsasında 306,8 min manat cərimə tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin rəmi mətbuatda dərc edilən məqaləsində deyilir.

"Ümumilikdə 2011-ci ildə 1698 yoxlama keçirilib və 1499 halda mövcud qanunvericiliyin pozulması faktı aşkar edilib" , - İsayev vurğulayıb.

Onun sözlərinə görə, inhisarçılıq faktlarının, haqsız rəqabətin, reklam qanunvericiliyinin pozulmasının qarşısını almaq məqsədilə 139 yoxlama keçirilib. Yoxlamalar çərçivəsində 131 subyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması faktı üzrə 91 iddia qaldırılıb, 31 subyektə pozulmaların aradan qaldırılması haqqında göstəriş verilib, doqquz subyekt üzrə araşdırmalar davam etdirilir.

2011-ci il ərzində aparılan yoxlamalar zamanı Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib, 1,6 ton məhsul isə heyvanlar üçün yemə göndərilib.

Onun sözlərinə görə, hesabat dövründə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları, o cümlədən yuyucu və kosmetik vasitələr satışdan çıxarılaraq məhv edilib.

Fevralınn 13-nə olan rəsmi məzənnə 0,7963 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti