...

Azərbaycanda Belarus investisiya layihələrinin təqdimatı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2012 14:42 (UTC +04:00)
Belarusun İnvestisiyaların Təşviqi və Özəlləşdirmə üzrə Milli Agentliyi Bakıda öz fəaliyyətinin təqdimatını keçirəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Azərbaycanda Belarus investisiya layihələrinin təqdimatı olacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend müxbir N. İsmayılova/

Belarusun İnvestisiyaların Təşviqi və Özəlləşdirmə üzrə Milli Agentliyi Bakıda öz fəaliyyətinin təqdimatını keçirəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Təqdimat fevralın 22-də AZPROMO və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Təqdimat çərçivəsində, habelə Belarus iqtisadiyyatının müxtəlif sahələrində mövcüd olan investisiya layihələri təqdim olunacaq.

Əlavə məlumat almaq üçün AZPROMO-ya müraciət etmək mümkündür. Əlaqəli şəxs: Fərid Nuriyev, tel.: 012 598 01 47/48 (daxili 122), faks: 012 598 01 52, e-mail: [email protected].

Xəbər lenti

Xəbər lenti