...

Azərbaycanda vergi ödənişlərində qeyri-neft sektorunun payı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 17:05 (UTC +04:00)
Dövlət büdcəsinə vergi ödənişlərində qeyri-neft sektorunun payı neft sektorunun payını üstələyir və ildən ilə artır.
Azərbaycanda vergi ödənişlərində qeyri-neft sektorunun payı artır

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Axundov/

Dövlət büdcəsinə vergi ödənişlərində qeyri-neft sektorunun payı neft sektorunun payını üstələyir və ildən ilə artır.

Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda cümə axşamı keçirilən ictimai müzakirələr zamanı bildirib.

"Bu, iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasını təsdiqləyir. Əgər vaxtında Dövlət Neft Fondu yaradılmasaydı, bu gün belə göstəriciyə nail olmaq mümkün olmazdı", - Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkənin qeyri-neft sektorunda 110 müəssisə tikilib, onlardan 40-ı sənayenin müxtəlif sahələrinə aiddir.

"Bu gün qeyri-neft sektorunda 200 müəssisənin tikintisi davam edir", - Ələkbərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti