Azərbaycan, Bakı, 24 fevral /Trend/
Kapital bazarının modernləşdirilməsi layihəsi (CMMP) çərçivəsində Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsinə məsləhət xidmətlərinin göstərilməsinə dörd şirkət iddiaçıdır. Trend-in məlumatına görə, bu barədə komitənin cümə günü yaydığı məlumatda deyilir.
Tenderdə iştirak etmək üçün təklifi Corporate solutions, Deloitte&Touche LLC, NASDAQ OMX şirkətləri və Türkiyənin Kapital Bazarları Şurası təqdim edib.
Növbəti mərhələdə Tender Komissiyası həmin şirkətlərin texniki və maliyyə təkliflərini qiymətləndirəcək.