...

Bakıda 200 kq-a yaxın şirniyyat məhsullarının satışının dayandırılması barədə göstəriş verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 16:55 (UTC +04:00)
Bakıda şirniyyat məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.
Bakıda 200 kq-a yaxın şirniyyat məhsullarının satışının dayandırılması barədə göstəriş verilib

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Bakıda şirniyyat məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb. Bu barədə çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 8A, mənzil 1 ünvanında İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (qoğal, kətə, qurabiyə, qat-qat və s.) müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi müəyyənləşdirilib.

Qanun pozuntuları ilə əlaqədar, şərq şirniyyatları istehsalının və aşkar edilmiş 190,5 kq şərq şirniyyatlarının satışının dayandırılması, habelə ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar İlham Mustafayeva icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti